Sənaye

Azərbaycandan metanol alan Avropa ölkələri hansılardır? - TOP-5

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 172,1 min ton metanol idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3% azdır.

Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına görə, bu dövrdə tədarükün dəyəri 10,8% - 66,3 milyon avroya qədər azalıb.

Yanvar-sentyabr aylarında Rumıniya metanolun əsas alıcısı olaraq qalıb, İtaliya Niderlandı ikinci pillədən sıxışdırıb, Litva isə ilk beşlikdə Finlandiyanı əvəzləyib.

Yanvar-sentyabr aylarında metanolun əsas idxalçılarının beşliyində aşağıdakı ölkələr yer alıb:

Rumıniya - 21,3 milyon avro dəyərində (artım 4,6%) 57,3 min ton (artım 27%),

İtaliya - 17,2 milyon avro dəyərində (azalma 4%) 54,6 min ton (artım 26,9%),

Niderland - 11,2 milyon avro dəyərində (azalma 2,8 dəfə) 41,2 min ton (azalma 2 dəfə),

İspaniya - 3,5 milyon avro dəyərində (artım 3 dəfə) 10,5 min ton (artım 3,5 dəfə),

Litva - 1,3 milyon avro dəyərində (azalma 14,6%) 4,5 min ton (azalma 9,6%).

Statistik məlumatlara görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan Aİ ölkələrinə 11,4 milyon avro dəyərində (artım 49,4%) 26 min ton metanol (artım 22,8%) ixrac edib.

Sentyabr ayında metanolun əsas alıcılarının siyahısına İtaliya başçılıq edib.

Bu dövrdə ilk üçlüyə İtaliya 3,7 milyon avro dəyərində (artım 6,6 dəfə) 13,5 min ton (artım 11,3 dəfə), Rumıniya 2,2 milyon avro dəyərində (artım 1,7 dəfə) 7,9 min ton (artım 2,6 dəfə) və Litva 0,7 milyon avro dəyərində (azalma 2,1 dəfə) 2,7 min ton (azalma 1,9 dəfə) daxil olub.

Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 104,4 milyon avro dəyərində (2021-ci illə müqayisədə artım 3,5 dəfə) 261,7 min ton metanol (artım 3,1 dəfə) idxal edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)