Manat avro və lirə qarşısında bahalaşdı

Mərkəzi Bankın bugünkü məlumatına görə, noyabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/1Dollar səviyyəsində saxlayıb.
Manatın avroya qarşı rəsmi məzənnəsi 1,865 manat/1EUR olub. Beləliklə, dünənki məzənnə - 1,8707 manat/1EUR ilə müqayisədə manat bahalaşıb.
Manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0192 manat/1RUB səviyyəsində müəyyən edib.
Noyabrın 30-na manatın türk lirəsinə qarşı rəsmi məzənnəsi 0,0587 manat/1TRY olub. Xatırladaq ki, 29 noyabrda bu göstərici - 0,0588 manat/1TRY səviyyəsində idi.