Elm və Texnologiya

Google Kanada hökumətinə ildə 74 milyon dollar ödəyəcək. Niyə?

Kanada hökuməti ilə Google arasındakı razılaşmaya əsasən, şirkət Kanadanın xəbər təşkilatlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar ödəyəcək.

ENA.az xəbər verir ki, Mədəni İrs Naziri Pascale St-Onge, şirkətlərin platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada media nəşriyyatlarına ödəniş etmələrini tələb edən qanuna uyğun olaraq Google ilə razılığa gəldiklərini açıqlayıb. 

St-Onge mətbuat konfransında razılaşmanın mətbuat sənayesi üçün yaxşı bir inkişaf olduğunu ifadə edərək, "Facebook-un xəbər sistemlərimizi niyə dəstəkləmədiyini və platformasında dezinformasiyaya yer açdığını izah etmək növbəsidir", - deyib.

St-Onge, Meta şirkətinin kanadalıların Meta platformasında yerli və xarici media qurumlarının xəbər məzmunlarına girişini kəsmə qərarını "məsuliyyətsiz" bir qərar olaraq qiymətləndirərək, Kanada mətbuat sektorunun risk altında olduğuna diqqət çəkib.

Kanadanın "Onlayn Xəbərlər Aktı"
İyun ayında Kanadada qanuna çevrilən "Bill C-18" Onlayn Xəbərlər Aktı Meta və Google kimi şirkətlərdən öz platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanada media naşirlərinə haqq ödəməyi tələb edir.

Kanadalılar Meta hesablarında yerli və xarici media qurumlarının xəbər məzmununa daxil ola bilmirlər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)