Birja

Bitkoin bir sutkada 770 dollar bahalaşdı. Bugünə olan qiymət (23.11.2023)

Kripto birjası Binance ətrafındakı qalmaqal yatdıqdan sonra rəqəmsal pullar yenidən bahalaşmağa başlayıb. ENA.az xəbər verir ki, dünən 700 dollarlıq bir ucuzlaşma göstərən bitkoin bugün 2 faizdən çox artım göstərib. 

Hazırda bitkoinin canlı qiyməti 37,279,16 ABŞ dollarıdır (BTC/USD).  Bitkoin 19,55 milyon dövriyyə ehtiyatı ilə son 24 saat ərzində +2,06% təşkil edir. 

Cari bazar kapitallaşması 728,82 milyard dollardır. 24 saatlıq ticarət həcmi 21,91 milyard dollar təşkil edir. 

Qeyd edək ki, son 90 gündə bitkoin 16 min dollar, ötən sutka ərzində isə 770 dollar bahalaşıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)