Ölkənin sığorta tarixində ən böyük ödəniş həyata keçirildi
“Azərbaycan Sənaye Sığorta” ASC ölkənin sığorta tarixində ən böyük ödənişi həyata keçirib.
27 aprel 2022-ci il tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə aid ərazidə yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində “Azərsun Sənaye Parkı”nın əmlak və mallarına ciddi ziyan dəymişdir.
“Azərbaycan Sənaye Sığorta” ASC tərəfindən Daşınmaz əmlakın icbari sığortası və Əmlakın yanğından və digər risklərdən sığortası üzrə ümumilikdə 25 000 000 manat civarında ödəniş həyata keçirilmişdir. Bu miqyasda ödəniş Azərbaycan sığorta tarixində bir ilkdir və rekord ödəniş sayılır.