Hüquqi şəxslərin depozitləri üzrə yeni ehtiyat nornamaları açıqlandı - CƏDVƏL
Bank sektorunda likvidliyin daha effektiv tənzimlənməsi və likvidliyin təmərküzləşməsi səviyyəsinin azaldılması məqsədilə məcburi ehtiyat normaları üzrə yeni diferensiasiya meyarları müəyyən edilib.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, aparılmış təhlil və simulyasiyaların nəticələri nəzərə alınmaqla məcburi ehtiyat normaları milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən əlavə əlaqəli depozitlərin və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payından asılı olaraq diferensiallaşdırılıb.
Böyük depozit 1.07.2023 milli valyutada hüquqi şəxslərin depozitləri 5% 1 milyarda manatdan az olarsa, çox olarsa 10%
Xarici valyutada 750 milyon manat ekvivalentində 6%, üstələyərsə 12%.
Eynisi fiziki şəxslərə də keçərlidir.
2011-ci ildən bəri 0,5-3% arasında dəyişib. 2022-ci il iyulun 31-dək milli valyutada 0,5%, xarici valyutada 1% olub.
Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 1 noyabr 2023-cü il tarixli 53/1 nömrəli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər edilib.
Qəbul edilmiş qərara uyğun olaraq 2023-cü ilin noyabr ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun olaraq hesablamalı və 2023-cü ilin dekabr ayının 15-dən etibarən təmin etməlidirlər.
Cədvəl 1. Yeni diferensiasiya meyarları və bu meyarlara uyğun məcburi ehtiyat normaları
Diferensiasiya meyarları |
Məcburi ehtiyat norması, % |
|||
Milli valyutada öhdəliklər üzrə |
Xarici valyutada öhdəliklər üzrə |
Qiymətli metallarda öhdəliklər üzrə |
||
1 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti)* · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
5% |
6% |
5% |
2 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
10% |
12% |
10% |
3 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% |
10% |
12% |
10% |
4 |
· Hüquqi şəxslərin depozitləri≤1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% |
12.5% |
15% |
12.5% |
5 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
10% |
12% |
10% |
6 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% |
20% |
20% |
20% |
7 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı ≤20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% |
20% |
20% |
20% |
8 |
· Hüquqi şəxslərin depozitləri>1 milyard manat (750 milyon manat ekvivalenti) · Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% · Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslərin depozitlərinin cəmi) payı >20% |
25% |
25% |
25% |
9 |
· Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar |
0% |
0% |
0% |