Mədət Quliyevə yeni vəzifə verildi
Müdafiə sənayesi naziri vəzifəsindən azad edilən Mədət Quliyevə yeni vəzifə verilib.
ENA.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla o, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
Qeyd edək ki, Azərbaycan Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubovdur.