Banklar dollar alışını 2 dəfə artırdılar - NƏTİCƏ
Dövlət Neft Fondu (ARDNF) bugünkü valyuta hərracında banklara 57,9 milyon satıb. ENA.az xəbər verir ki, noyabrın 7-də keçirilən hərracda banklara $35,2 milyon məbləğində xarici valyuta satılmışdı.
“Noyabrın 14-də keçirilən hərracda tələb $57,9 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB bildirib.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.