Manat avro və rubl qarşısında ucuzlaşdı. RƏSMİ MƏZƏNNƏLƏR 14.11.2023
Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb.
Noyabrın 14-nə manatın avroya qarşı rəsmi məzənnəsi AMB tərəfindən 1,8182/1EUR (13 noyabr - 1,8164/1EUR) səviyyəsində müəyyən olunub.
Mərkəzi Bank noyabrın 14-nə manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0185/1RUB (13 noyabr - 0,0184/1RUB) səviyyəsində müəyyən edib.
Noyabrın 14-nə manatın türk lirəsinə qarşı rəsmi məzənnəsi AMB tərəfindən 0,0594/1TRY (13 noyabr - 0,0595/1TRY) səviyyəsində müəyyən olunub.