BİZNES

“Bravo” 9 mağazasını bağlayır

“Bravo” marketlər şəbəkəsi “Azerbaijan Supermarket” MMC-nin açıqlamasında görə, Bakı şəhərində olan doqquz mağazasını bağlayır.

Məlumata görə, qeyd edilən 9 ünvanda yerləşən mağazalar “standartlara cavab vermədiyi” üçün fəaliyyəti dayandırlacaq.

Bunlar aşağıdakı ünvanlarda olan mağazalardır:

  1. Nəsimi rayonu, Əlimərdan Topçubaşov ilə Salatın Əsgərova küçələrinin kəsişməsi
  2. Nəsimi rayonu, Azadlıq pr., Slavyan Universitetinin yaxınlığı
  3. Xətai rayonu, Məzahir Rüstəmov küç., 26 saylı binanın yaxınlığı
  4. Nərimanov rayonu, Faiq Yusifov küç. 15
  5. Nizami rayonu, Qara Qarayev prospekti, 53
  6. Xətai rayonu, General Şıxlinski küçəsi, 34C və 34E, qapı 1, 2
  7. Xətai rayonu, Sadıqcan küçəsi 8A (Elit Palace)
  8. Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20
  9. Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi 16

Marketlər şəbəkəsi qeyd edib ki, cari ilin əvvəlindən 18 yeni şəbəkə istifadəyə verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)