Hadisə

Qətlin üstü açıldı, azərbaycanlı iş adamı həbs olundu

Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Qalib Yusubov həbs edilib.

TASS xəbər verir ki, o, 20 il əvvəl törədilən qətlə görə ittiham olunur.

Öldürülən şəxsin Aleksey Zirin olduğu müəyyənləşib. 2003-cü ildə yoxa çıxan iş adamının meyiti Puşkinski rayonundakı meşə zolağında basdırılıbmış.

Məlumata görə, Qalib Yusubov rəqibini təsir dairəsini gücləndirmək məqsədi ilə qətlə yetirib. Artıq onunla bağlı həbs qətimkan tədbiri seçilib.

Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, cinayətdə şəriklər müəyyənləşdirilir və onların tutulması üçün tədbirlər görülür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)