Gündəm

Deputat: “Əvvəl parklanmaya 1-2 manat xərc çıxırdısa, indi 8-10 manatdır”

“AzParking” xidmətinin istifadəyə verilməsi müsbət haldır, lakin vətəndaşlar bu xidməti qəbul etmir”.

Bu fikirləri deputat Naqif Həmzəyev Milli Məclisin iclasında bildirib. 

“Təəssüf ki, əvvəl sürücülərin parklanmaya 1-2 manat xərci çıxırdısa, indi bu məbləğ 8-10 manatdır. Düşünürəm ki, maşınını uzunmüddətli saxlayanlar üçün güzəşt olmalıdır. Vətəndaşlar pul verməmək üçün bəzən binaların həyətlərində saxlayır bu da böyük problemə səbəb olur.

Başqa bir tərəfdən ölkəyə gətirilən elektromobillərin doldurulma məntəqələri ilə bağlı problemlər var. Sahibkarlar üçün isə bu məntəqələrin qurulması üçün şərait yaradılmır”, -deyə millət vəkili vurğulayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)