Sənaye

BP Şərqi Zəngəzurda GES-in tikinti üçün şirkət yaradıb

Dövlət Vergi Xidməti (DVX) “Shafag (Jabrayil) Solar Limited» şirkətinin Azərbaycan Nümayəndəliyini qeydiyyata alıb. Şirkət 2 avqust 2023-cü ildə qeydiyyatdan keçib və rəsmi nümayəndəsi Böyük Britaniya vətəndaşı Qari Counzdur. 

Qari Counz isə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentidir. 

Xəbər verildiyi kimi, 2021-ci il iyunun 3-də Energetika Nazirliyi və bp arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının inşası layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi sahəsində əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Layihəyə investisiya qoyuluşu 200 milyon dollar məbləğində qiymətləndirilir.

Müqavilə çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

Cəbrayıl rayonunda “Şəfəq” günəş elektrik stansiyası 2024-cü ildə istismara veriləcək. Stansiyada illik 500 kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)