“Ermənistan ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazırdır”
“Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
ENA.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib.
O, həmçinin qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla danışıqların keçirilməsi barədə razılıq var.