SOCAR-ın törəmə şirkəti yaradıldı
Dövlət Neft Şirkətinin (SOCAR) yeni törəmə şirkət təsis edib.
Bu, “SOCAR Projects İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 4 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.
“SOCAR Projects İnternational” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Neftçilər pr., ev 73 qeydiyyata alınmaqla 1 000 manat nizamnamə kapitalı mövcuddur. Şirkətin qanuni təmsilçisi Fərid Hacıyev Məzahir oğludur.
F.Hacıyev Vergilər Nazirliyində çalışıb.