Hesabatlar

Azərbaycan dövlət borcunun ödənməsinə xərclənən vəsait açıqlandı

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan hökuməti dövlət büdcəsindən 713,7 milyon manat dövlət borcunun xidmətinə yönəldib. 

ENA.az xəbər verir ki, “Yanvar-sentyabr aylarında sözügedən xərclərin 591,9 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 121,8 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür”, - nazirlikdən qeyd olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, 9 ay ərzində 989,9 milyon manat məbləğində vəsait daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazları hesabına yenidən maliyyələşdirilib.

Nazirliyin qiymətləndirmələrinə əsasən, 2023-cü il 1 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət borcunun ümumi məbləği 17 milyard 203,3 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 14,4%-ni təşkil edib. Həmçinin, xarici dövlət borcu 6 milyard 535 miyon dollar (11 milyard 109,5 milyon manat), daxili borcu – 6 milyard 93,8 milyon manat və ya ÜDM-in 9,3%-i həcmində təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)