Hesabatlar

TuranBank 2023-cü ilin III rübünün nəticələrini elan edib

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən TuranBank ASC 2023-cü ilin III rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 oktyabr 2023-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1.6% və ya 12.9 mln. manat artaraq 833.8 mln. manat, müştərilərə verilmiş kreditləri 9.1% və ya 50 mln. manat artaraq 598.6 mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın biznes müştərilərinə verilmiş kreditləri 10.4% və ya 32.6 mln. manat artaraq 346.5 mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli isə ötən ilin sonu ilə müqayisədə 1.7% və ya 7,3 mln. manat artaraq 436.6 mln. manat, o cümlədən fiziki şəxslərin depozitləri 19.2% və ya 63 mln. manat artaraq 390.9 mln. manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

Məlumat üçün bildirək ki, TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Belə ki, Bank Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB),  Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, Incofin İnvestisiya Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə institutları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

Hesabat dövründə TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq sayca 20-ci satış nöqtəsini - yeni Fəvvarələr şöbəsini fərdi və korporativ müştərilərin istifadəsinə verib. Qeyd edək ki, TuranBank-ın Fəvvarələr şöbəsi həftənin bütün günləri, saat 00:00-dək müştərilərin xidmətindədir. Ölkənin sosial-iqtisadi tərəqqisində fəal iştirak edən TuranBank-ın əsas missiyası  kiçik və orta sahibkarlığa və iqtisadiyyatın real sektorunun inkişafına töhfə verməkdir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank ASC 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstagram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)