Bakının iki rayonunda qaz olmayacaq

Bu gün Binəqədi və Suraxanı rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bu barədə "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, bu gün saat 09:30-dan “Xırdalan” QPS-də yeni quraşdırılmış kollektorun birləşməsi işləri, “Hövsan” QTM-də baypas xəttin quraşdırılması ilə əlaqədar “BMSK” ölçü qovşağından və “Bahar” QPM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin bir hissəsinin və Suraxanı rayonunun Hövsan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.