İsrail ordusuna Qəzzanın tam mühasirəyə alınması barədə əmr verilib
İsrail müdafiə naziri Yoav Qallant Qəzza şəhərinin tam mühasirəyə alınması barədə əmr verib.
Bu barədə “The Times of İsrail” məlumat yayıb.
Bildirilib ki, ərazidə elektrik, qida və yanacaq olmayacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.