Aqrar

Azərbaycanla Rusiya arasında aqrar ticarət dövriyyəsi 1 milyard dollar təşkil edib

2023-cü ilin əvvəlindən Azərbaycanla Rusiya arasında aqrar ticarət dövriyyəsi 959 milyon dollara yaxın təşkil edib.

Ötən həftə Moskvada “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında görüş keçirilib.

“Cari il ölkələr arasında ticarət balansı (ASK məhsullarının – İF) praktiki olaraq bərabərləşib. Azərbaycandan Rusiyaya aqrar məhsullarının tədarükü pul ekvivalentində $465 milyon həcmində, Rusiyadan Azərbaycana - $494 milyon dəyərində həyata keçirilib”, - Dankvert görüşdə deyib.

“Rosselxoznadzor”un məlumatına görə, Rusiya Azərbaycana buğda və un, canlı mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların tədarükünü artırıb.

Azərbaycan öz növbəsində süd məhsullarının, toxum və çəyirdək meyvələrinin, fındıq tədarükünü artırıb və ənənəvi olaraq, Rusiyaya pomidor, xurma, alma və ərzaq kartofunun ixracı üzrə lider mövqeyini qoruyub saxlayıb.

"Tərəflər ikitərəfli ticarətin miqyasını nəzərə alaraq yaxın zamanda qarşılıqlı tədarükdə nəzarət proseslərinin optimallaşdırılması üçün bir sıra addımlar atmaq barədə razılığa gəliblər. “Rosselxoznadzor” və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır və nəticədə bu, hər iki ölkədə həm heyvandarlıq malları, həm də bitkiçilik sahəsində nəzarət sistemlərinin ekvivalentliyinin tanınmasına gətirməlidir. Bu, bir sıra nəzarət tədbirlərindən sistemli şəkildə imtina etməyə və qurumların zəmanəti altında ticarəti həyata keçirməyə imkan verəcək", - “Rosselxoznadzor”un məlumatında vurğulanıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)