HI-TECH

“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp” tərtibatçıları messencerdə paroldan istifadə etməklə söhbətlərin (Chat) bloklanması funksiyasını tətbiq etmək niyyətindədirlər. Yenilik artıq bəzi istifadəçilər üçün əlçatandır.

Söhbətləri əlavə parol ilə qorumaq imkanı, hətta kimsə cihazın ekran kilidi parolunu tapsa və smartfona giriş əldə etsə belə, yazışmaların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, bloklanmış söhbətlər parol daxil edərkən açılan ayrıca bölmədə göstərilir.

Söhbətlərin bloklanması üçün parol təyinetmə funksiyası işlənmə mərhələsindədir və Android və iOS sistemlərində messencerin gələcək yeniləmələrindən birində “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlçatan olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)