Əhaliyə hava barədə SMS göndəriləcək
Gələcəkdə əhalinin SMS vasitəsilə atmosfer hadisələri ilə bağlı məlumatlandırması nəzərdə tutulur.
Bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
N.Mahmudov bildirib ki, son zamanlar Milli Hidrometeorologiya Xidmətində yeni proqram təminatının tətbiqinin həyata keçirilməsinə başlanılıb: "Bu, Situasiya Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Planlaşdırırıq ki, proqram təminatının yekununda yeni mobil aplikasiyaların tətbiqini həyata keçirək. Bundan sonra baş verən atmosfer dəyişikləri ilə bağlı mobil telefonlara, planşetlərə, smartfonlara məlumatların SMS vasitəsilə ötürülməsi mümkün olacaq".