Bankların dollara tələbatı 2 dəfə azaldı

Dövlət Neft Fondu (ARDNF) bugünkü valyuta hərracında banklara 29,4 milyon dollar satıb. ENA.az bu barədə AMB-nin məlumatlna istiad edib.
“Hərracda tələb $29,4 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB bildirib.
Qeyd edək ki, sentyabrın 26-da keçirilən hərracda banklara 61,5 milyon məbləğində xarici valyuta satılmışdı.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.