USAID rəhbəri Azərbaycana gəlib
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Azərbaycana gəlib.
ENA.az xəbər verir ki, bu barədə USAID-in Bakı ofisi məlumat yayıb.
Səfər zamanı rəsmi görüşlərin keçirilməsi, eləcə də Qarabağ bölgəsindəki vəziyyətin müzakirəsi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Samanta Pauer Ermənistanda səfərdə olub.