"JPMorgan" Böyük Britaniyada kriptovalyuta əməliyyatlarını bloklamaq qərarı verdi
Amerikalı JP Morgan-ın Birləşmiş Krallıqda fəaliyyət göstərən bankı Chase, 16 oktyabr tarixindən etibarən kriptovalyuta əməliyyatlarına icazə verilməyəcəyini açıqladı.
ENA.az xəbər verir ki, Bankdan verilən açıqlamada son vaxtlar bank vasitəsilə dələduzluq cəhdləri ilə bağlı iddiaların artdığı bildirilib.
Açıqlamada 16 oktyabr 2023-cü il tarixindən etibarən müştərilərin bankın kartları və hesabları vasitəsilə kriptovalyuta almasına və kriptovalyuta platformalarına pul köçürməsinə icazə verilməyəcəyi bildirilib.
Mobil telefon vasitəsilə filialsız bank xidmətləri göstərən Chase, Birləşmiş Krallıqda təxminən 1,6 milyon müştəriyə xidmət göstərir.