Hadisə

Söyüdlüdən götürülən su analizinin nəticəsi: "Bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər"

Gədəbəydəki su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın sentyabrın 26-da keçirilən iclasında bildirilib.

Qeyd olunub ki, lakin bunun ətraf mühit və insan sağlamlığı üçün təhlükə mənbəyi olmaması müəyyənləşdirilib.

İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.

Qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər.

Müvafiq tövsiyə və tapşırıqlara uyğun olaraq “Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafiki hazırlanaraq təqdim olunduqdan və aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra zavodun fəaliyyətinin mərhələli şəkildə bərpa olunması təmin edilə bilər.

Bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın sentyabrın 26-da keçirilən iclasında bildirilib.

Baş nazir Əli Əsədov yaxın günlərdə Komissiya tərəfindən Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivinin sakinləri, qeyri-hökumət təşkilatları və media nümayəndələrinin iştirakı ilə görüşün keçirilməsi və əhalini narahat edən məsələlərin həlli, eyni zamanda görüləcək işlərlə bağlı tapşırıqlar verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)