Bank

“Yelo Bank”ın rəhbərliyində dəyişiklik olub

“Yelo Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Müşahidə Şurasının üzvü Nikoloz Enukidze “Yelo Bank”dan ayrılıb. Onun yerinə Thomas Engelhardt Müşahidə Şurasının üzvü və Audit komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, T. Engelhardt Almaniya, Bosniya və Herseqovina, Azərbaycan, Özbəkistan və Afrikada mikrokredit təşkilatlarında 20 ildən çox idarəetmə təcrübəsinə malikdir. O həmçinin, 2006-cı ildən “AccessHolding”in idarə heyətinin üzvü, baş icraçı direktoru, “AccessBank Azərbaycan”ın İdarə Heyətinin ilk sədri olub.

Xatırladaq ki, “Yelo Bank”ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)