Paşinyan yenə Makronla danışdı
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
ENA.az xəbər verir ki, Ermənistan Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycanın antiterror tədbirlərindən sonra Qarabağda yaranmış vəziyyət müzakirə olunub.
Tərəflər gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini qeyd eediblər.
Fransa prezidenti bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.