Bank

Banklar "məcburən" 350 milyon manatdan istifadə edə bilmirlər

Banklar avqust ayından başlayaraq məcburi ehtiyatları yeni normalarla saxlamağa başlayıblar ki, bu da 350 milyon manat həcmində əlavə vəsaitin dövriyyədən çıxarılması deməkdir. Yəni, bu vəsait istifadə edilə bilməz, ehtiyatda saxlanılmalıdır. ENA.az xəbər verir ki, bu addım bankların likvidliyini cilovlamağa yönəlsə də, digər tərəfdən pulun maya dəyərini qaldırmaqla kreditlərin faizlərində müəyyən pay yaradıb.  

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, eyni zamanda bank sistemində likvidliyi tənzimləmək üçün müxtəlif müddətli notlarla müntəzəm hərraclar davam etdirilir. Ümumilikdə, Mərkəzi Bank 8 ayda 93 müxtəlif müddətli not hərracı keçirib.

8 ayda banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri (xüsusən də 1D AZIR və 1W AINAIB indeksləri) faiz dəhlizinin dəyişiminə reaksiya verib.

Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Ümumilikdə, monetar şəraitin sərtləşdirilməsi bank sektorunda milli valyutada depozitlərin artımını dəstəkləməklə yanaşı de-dollarlaşma prosesinə stimul verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)