Bank

Neft Fonunun banklara satdığı dolların həcmi 43% azalıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin avqust ayında valyuta hərraclarında 93,9 milyon dollar məbləğində xarici valyuta satıb. 

İyul ayında isə satılan dolların həcmi 272,7 milyon olub. Beləliklə, avqustda xarici valyuta satışının həcmi 2,9 dəfə azalıb.

Fondun aylıq məlumatları əsasında aparılan hesablamalara görə, 2023-cü ilin yanvar-avqust aylarında ARDNF valyuta hərraclarında 1 milyard 937,7 milyon dollar məbləğində xarici valyuta satıb. Bu, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 42,9% azdır. 

Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.

Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında 4 milyard 681,8 milyon dollar məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)