Türk Hava Yollarının təyyarəsində cəsət tapıldı!
Fəlakətli hadisə ilə bağlı əldə edilən məlumata görə, dünən gecə saat 23.30-da Amsterdamdan İstanbula gələn TC-JOA qeydiyyatlı Airbus A330 tipli təyyarə İstanbul Hava Limanına eniş edib.
ENA.az xəbər verir ki, Texniki xidmət üçün götürülən təyyarəyə baxış zamanı təyyarənin şassəsində bir nəfərin meyiti aşkar edilib.
Təyyarənin eniş şassisində tapılan cəsədin qeyri-qanuni sərnişinə aid olduğu müəyyən edilib və hadisə ilə bağlı İstanbul Polis İdarəsinə məlumat verilib.
Bildirilib ki, fəlakətli hadisə ilə bağlı təyyarədə və hadisə yerində araşdırma aparan qrupların başlatdığı araşdırmalar davam edir.