Qarabağ

Peskov: "Qarabağda davam edən gərginlikdən narahatıq"

Moskva Qarabağda davam edən gərginlikdən narahatdır.

Bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gərginlik səngimir və hətta bəzi bölgələrdə artmağa meyllidir.

“Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə almaq lazımdır", - Peskov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)