Sığorta

TDT-ə üzv dövlətlər kənd təsərrüfatı ilə bağlı sığorta hovuzu yaradacaq

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətləri kənd təsərrüfatı sahəsində sığorta hovuzu yaradılacaq.

Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Özbəkistanda keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlaması zamanı bildirib.

“Kənd təsərrüfatı sığortası ilə bağlı Azərbaycanla olduğu kimi Özbəkistanla da bir model üzərində işləyirik. Bundan sonra TDT-ə üzv dövlətlərin kənd təsərrüfatı sahəsində sığorta hovuzu yaradılacaq. Bu birliyin bütün ölkələrə faydası olacaq”, – deyə türkiyəli nazir vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)