Dünya birjalarında neftin - QİYMƏTİ (07.09.2023)
Dünən neft qiymətləri ABŞ Enerji Departamentinin ölkədə son bir həftə ərzində enerji ehtiyatları ilə bağlı hesabatının dərci ərəfəsində ucuzlaşıb.
Londonun ICE Futures birjasında saat 9:15-ə Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri bir barel üçün 90,3 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,3 dollar (0,33%) aşağıdır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin oktyabr ayı üçün fyuçerslərinin qiyməti bu vaxta qədər 0,35 dollar (0,4%) azalaraq bir barelə görə 87,19 dollar təşkil edib.
Brent çərşənbə günü ardıcıl yeddinci sessiyada bahalaşıb. WTI fyuçersləri 2019-cu ilin yanvar ayından bəri ən uzun fasiləsiz qiymət artımı dövrü olaraq ardıcıl doqquzuncu sessiyaya yekun vurdu.
Bazar, son günlər Səudiyyə Ərəbistanının könüllü olaraq sutkada 1 milyon barel neft hasilatını 2023-cü ilin sonuna qədər uzadacağına dair məlumatlarla dəstəklənib.
Cümə axşamı treyderlərin diqqəti ABŞ Energetika Nazirliyinin Moskva vaxtı ilə saat 18:00-da dərc olunacaq hesabatına yönəlib. S&P Global Commodity Insights tərəfindən sorğu edilən ekspertlər, keçən həftə ABŞ-ın neft ehtiyatlarının orta hesabla 5,6 milyon barrel azalacağını gözləyirlər.
Amerika Neft İnstitutunun (API) çərşənbə günündən cümə axşamına keçən gecə açıqlanan məlumatları sentyabrın 1-də bitən həftə ərzində ölkədə neft ehtiyatlarının 5,521 milyon barel azaldığını göstərib.