Qarabağ

Ağdam-Xankəndi yoluna işıq çəkilir

Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.

ENA.az “Report”a istinadən xəbər verir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.

İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)