TURİZM

Rusiyadan Azərbaycana gələn turistlərin sayı 4 dəfə artdı

Azərbaycan rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələrin beşliyinə daxil olub. ENA.az xəbər verir ki, Rusiya Turizm Sənayesi İttifaqının (RTSİ) məlumatına görə, Avropaya aviauçuşların ləğvi fonunda rusiyalı turistlər MDB ölkələrinə üz tutublar.

Turizm operatorları Azərbaycan, Belarus, Özbəkistan, Qırğızıstan və Ermənistanın rusiyalılar arasında populyar istiqamətlər olduğunu qeyd edirlər.

RTSİ-nin məlumatına görə, rusiyalı turistləri Azərbaycanda qiymətlər razı salır. Operatorlar tərəfindən onlara Bakı və Bakı ətrafına turlar, “Naftalan” kurortunda müalicə turları daha çox satılır.

Rusiya Federal Təhlükəsizlik Bürosunun Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin birinci yarısında 68,9 min rusiyalı Azərbaycana səyahət edib. Ölkəmizə Rusiyadan turist axını bu dövrdə 4 dəfə artıb.

Qeyd edək ki, Rusiyadan Azərbaycana gələrək turist kimi qeydiyyatdan keçənlərin çoxu Rusiyada yaşayan azərbaycanlılardır. Turizm məqsədi ilə yanaşı Rusiya-Ukrayna müharibəsi də Rusiyadan ğlkəmizə üz tutanlarəın sayının kəskin artmasının səbəblərindən biridir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)