Avtomobil

Rusiya avtomobillərini Azərbaycanda istehsal edəcək

Rusiyanın avtomobil istehsalçısı “Sollers” şirkəti 2023-cü ilin payızında Azərbaycanda fəaliyyətə başlayacaq.

Bu barədə “Sollers Alabuga” şirkətinin satış və marketinq direktoru Marat Şarapov məlumat verib.

Qeyd olunub ki, şirkət “Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) istehsala başlayacaq.

“Biz bu yaxınlarda Azərbaycanla əməkdaşlığın inkişafı ilə bağlı müqavilə bağlamışıq. Payızda bu layihənin icrasına başlanacaq. Bu, bizim ilk ixrac bazarımız olacaq”, – o deyib.

Şarapov əlavə edib ki, şirkət digər ölkələrin bazarlarına da çıxmağı hədəfləyib.

Xatırladaq ki, mayın 19-da “Rusiya-İslam Dünyası: KazanForum” çərçivəsində “Sollers” və “Azərmaş” MMC arasında Azərbaycan Respublikasında “Sollers” yüngül kommersiya avtomobillərinin istehsalı üzrə əməkdaşlıq memorandumu imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)