Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Rusiyaya səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbələrə əsasən məlumat yayıb.
Səfər çərçivəsində Soçidə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.
Liderlərin xüsusilə “Taxıl sazişi”ni müzakirə edəcəkləri gözlənilir.