AccessBank Tovuzda!
AccessBank filial şəbəkəsini genişləndirməkdə davam edir. Bank, sayca 31-ci filialını Tovuz şəhərində açıb. Yeni konseptsiya əsasında təmir edilən filial rayonun Aşağı Öysüzlü kəndində yerləşir.
Tovuz filialında müştərilərə əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin və ödəniş kartlarının təqdim edilməsi kimi bank xidmətləri təklif olunur.
AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsini uğurla həyata keçirir. Son 3 ildə Bankın Binəqədi, Mərdəkan, Lənkəran filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir və Naxçıvan filiallarının isə açılışı reallaşdırılıb.
Layihəyə uyğun olaraq, digər mövcud filialların yeni konseptsiyaya uyğun təmir olunması və yeni filialların açılması nəzərdə tutulub.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 17-si bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.