Gündəm

Vətəndaşlardan zibil pulunun tələb edilməsi qanunidirmi?

İlk öncə onu qeyd etmək lazımdır ki, məişət tullantılarının yığılması, daşınması Tarif (Qiymət) Şurasının Qərarı 24 noyabr 2011-ci il, 5 nömrəli qərarı ilə tənzimlənir.

Məişət tullantılarının yığılması və daşınmasını edən şirkətlə və ya bu xidməti göstərən subyektlərlə vətəndaşlar arasında xidmətlərin göstərilməsinə dair müqavilə bağlanılmalıdır. Həmin qərarın 2-ci bəndində də qeyd edilib ki, mülki qanunvericiliyə uyğun olaraq xidmət göstərən subyektlərlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsi təmin edilsin. Bərk məişət tullantılarının yığılması, daşınması ilə bağlı müqavilə bağlanılmayıbsa, vətəndaşlardan zibil pulunun tələb edilməsi qanunsuzdur. Tərəflər arasında müqavilə olsa belə, nəğd şəkildə həmin ödənişin tələb edilməsi də qanunsuzdur.

Müqavilə əsasında məişət tullantılarının yığılması, daşınması üçün zibil pulunun məbləği nə qədərdir?

Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə Tarif (Qiymət) Şurasının Qərarı 24 noyabr 2011-ci il, 5 nömrəli qərarının 1-ci maddəsinə əsasən bərk məişət tullantılarının yığılması və daşınması (əhali) 1 nəfərə görə (ƏDV ilə, manatla) – 0,30 (aylıq) manatdır.

– Tarif (Qiymət) Şurasının Qərarı 24 noyabr 2011-ci il, №05 Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə.

– Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna əsasən Dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərinin şirkətləri, digər birlikləri) ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər (14).

– Mülki Məcəlləyə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (14). (e-huquq.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)