Gündəm

Mal əti bahalaşdı

Mal ətinin qiyməti yenidən artıb. Hazırda mal ətinin bir kiloqramı 14-16 manat arasında təklif olunur.

ENA.az xəbər verir ki, Satıcılar “Xəzər Xəbər”ə deyiblər ki, bir həftə ərzində qiymətdə 50 qəpik – 1 manat artım olub.

Satıcılar həmçinin bildiriblər ki, heyvanı baha aldıqlarına görə, baha qiymətə də satırlar.

Bahalaşma mal içalatında da özünü göstərir.

O da bildirilib ki, bir həftə ərzində mal ətinin qiymətində artım olsa da, bahalaşma hələ ki, qoyun ətinə təsir etməyib.

Ətraflı videomaterialı təqdim edirik:

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)