Gündəm

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvan-Qafan reysi ilə Zəngəzura gedib.

ENA.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

O, ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə Qafan hava limanını gəzib.

Daha əvvəl Qafan meri bildirmişdi ki, hazırda Qafan-İrəvan daxili reyslərin açılması istiqamətində iş gedir və sınaq texniki uçuşları artıq həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)