Bitkoin ucuzlaşır. Ən çox bahalaşan koinlər-TOP-3 (17.08.2023)
Bitkoin həftənin əvvəlindən kiçik həcmli azalmalarla davam edir. ENA.az xəbər verir ki, hazırda qiyməti 29,127,46 dollardır (BTC/USD). Bitkoin 19,46 milyon dövriyyə ehtiyatı ilə son 24 saatda 0,85% ucuzlaşıb. Son bir ayda ucuzlaşma isə 3,88% təşkil edib.
Bitkoinin cari bazar kapitallaşması qiyməti 566,79 milyard dollardır. 24 saatlıq ticarət həcmi 13,40 milyard dollardır. Son 24 saat ərzində ən çox bahalaşan TOP-3 koinlər bunlardır: OG Fan Token 21,83%, Atletico de Madrid Fan Token 10,45%, FUN Token 9,85%.