Bloomberg: Rusiya hökuməti kapitalın hərəkətinə nəzarət rejiminə qayıtmağı müzakirə edir
Bloomberg mənbələrə istinadən xəbər verir ki, Rusiya hakimiyyəti rublun ucuzlaşmasının qarşısını almaq üçün kapitala nəzarəti qismən bərpa edə bilər.
Onların sözlərinə görə, ixrac gəlirlərinin məcburi satışına qayıtmaq təklifi Rusiya Federasiyası Mərkəzi Bankı əsas uçot dərəcəsini kəskin qaldırmazdan əvvəl keçirilən iclasında müzakirə olunub. Lakin heç bir irəliləyiş əldə olunmayıb və bu həftə başqa bir görüşün keçirilə biləcəyini qeyd edib.
Avqustun 15-də səhər saatlarında Rusiya Bankı uçot dərəcəsi ilə bağlı planlaşdırılmamış iclas keçirəcəyini elan etdi, bundan sonra rublun məzənnəsi dollara nisbətdə 92 rubla, avroya qarşı isə 103 rubla qədər möhkəmləndi (14 avqust, dollar 100 rubldan, avro 110 rubldan baha oldu). Uçot dərəcəsinin 350 baza bəndi artırılaraq illik 12%-ə qaldırılmasından sonra Rusiya rublu 1 dollar üçün 99 rubla, avro üçün isə demək olar ki, 108 rubla kimi ucuzlaşıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi 28 fevral 2022-ci ildə Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən qısa müddət sonra Rusiya ixracatçılarını bütün xarici ticarət müqavilələri çərçivəsində valyuta gəlirlərinin 80%-ni satmağa məcbur etdi. 2022-ci ilin may ayında dərəcə 50%-ə endirildi və iyun ayında ləğv edildi.