Ukrayna Krıma hücum edib
Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına hücum edib. TASS yazır ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
İtkilər barədə hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.
Bu arada qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Amerikanın CNN telekanalına 2023-cü il iyulun 17-də eksperimental dəniz pilotsuz təyyarəsinin Krım körpüsünə hücumu anının videoyazısını təhvil verib.
SBU rəhbəri Vasili Malyukun sözlərinə görə, körpünü vurmaq üçün 850 kiloqram partlayıcı ilə doldurulmuş “Sea Baby” pilotsuz uçan aparatından istifadə edilib. O, dronu Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından dərhal sonra başlayan aylarla davam edən inkişaf işlərinin nəticəsi adlandırıb.