Əmanətlərdə dollarlaşma səviyyəsi azalır
Azərbaycanda fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin banklardakı əmanətləri üzrə dollarlaşmanın səviyyəsi 2023-cü ilin birinci yarısının sonuna 36,8% səviyyəsində qiymətləndirilir/
Azərbaycan Mərkəzi Bankın məlumatına görə, 2022-ci ilin sonunda bu rəqəm 44,9% təşkil edib. Yəni, yanvar-iyun aylarında dollarlaşmanın səviyyəsi 8,1 faiz bəndi azalıb.
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin iyun ayının sonuna hüquqi şəxslərin xarici valyutada depozitlərinin xüsusi çəkisi 46,6%-ə düşüb. Halbuki, 2022-ci ilin sonuna - 52,8% təşkil edib.
Fiziki şəxslərin xarici valyutada depozitləri üzrə iyulun əvvəlində dollarlaşma səviyyəsi 36,6% olub. 2022-ci ilin sonunda isə 39,2% idi.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında əhalinin əmanətləri (qeyri-rezident fiziki şəxslərin depozitləri istisna olmaqla) üzrə dollarlaşma 3,3 faiz bəndi azalaraq 32,3%-ə düşüb.
30 iyun 2023-cü il tarixinə Azərbaycanda banklardakı əmanət və əmanətlərin həcmi 34 milyard 512,9 milyon manat qiymətləndirilir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 4,8% azdır. Bununla yanaşı, fiziki şəxslərin əmanətləri 8,6% artaraq 12 milyard 748,8 milyon manata çatıb.