Gündəm

Ədliyyə Nazirliyinin rəhbər vəzifələrinə təyinatlar oldu

Ədliyyə Nazirliyində bir sıra rəhbər vəzifələrə təyinatlar olub.

Bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar çərçivəsində Ədliyyə Nazirliyi Aparatının yeni strukturu təsdiq olunub: “Belə ki, ədliyyə nazirinin əmri ilə nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə Cavid Hüseynov təyin edilib.

Eyni zamanda ədliyyə nazirinin digər əmri ilə Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə hakimlik təcrübəsi və əvvəllər də bu qurumda çalışması nəzərə alınaraq III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımov təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)