Manat rubl qarşısında bahalaşdı, avro qarşısında ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 AZN/$1 səviyyəsində saxlayıb. ENA.az xəbər verir ki, avqustun 11-nə AMB manatın avroya qarşı rəsmi məzənnəsini 1,8679 manat/1EUR səviyyəsində müəyyən edib. 10 avqustda bu nisbət 1,8666 manat/1EUR olduğundan deyə bilərik ki, manat avroya nisbətdə ucuzlaşıb.
Manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsi isə bahalaşaraq 0,0174/1RUB (10 avqust 0,0176/1RUB) səviyyəsində formalaşıb.
AMB avqustun 11-nə manatın türk lirəsinə qarşı rəsmi məzənnəsini sabit olaraq 0,0629 manat/1TRY səviyyəsində saxlayıb.