Birja

Neftin qiyməti üzrə proqnozlar qalxdı.Dünya birjalarında nə ba. verir? - 09.08.2023

Benchmark neft qiymətləri bir gün əvvəl 1%-dən çox artdıqdan sonra çərşənbə günü səhər bir qədər aşağı düşüb.

Mizuho Securities-in enerji fyuçerslərinin icraçı direktoru Robert Yauger, MarketWatch-in sitatına görə, "Qlobal enerji bazarlarında Çində tələbin azalması ilə Səudiyyə Ərəbistanından gələn təklifin azalması arasında böyük döyüş gedir".

Çin iyul ayında neft idxalını iyun ayından 29% azalaraq 10,33 milyon barellə altı ayın ən aşağı səviyyəsinə endirib.

Bakı vaxtı ilə saat 10:00-a Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 85,95 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına olan göstəricidən 0,22 dollar azdır. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları səhər saatlarında 0,23 dollar ucuzlaşaraq bir barelə görə 82,68 dollar təşkil edib. 

Çərşənbə axşamı ABŞ Energetika Nazirliyi 2023-cü il üçün Brent qiyməti proqnozunu 79,34 dollardan 82,62 dollar/barelə yüksəldib. 2024-cü il üçün təxmin də 83,51 dollar/bareldən 86,48 dollara qaldırılıb.

Avqustda Brent markalı neftin orta spot qiymətinin bir barel üçün 85 dollar səviyyəsində olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)