"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstəyini davam etdirir
Unibank özünüməşğulluq layihəsində iştirakını davam etdirir. Layihə çərçivəsində bank tərəfindən Bakı, Abşeron və Bərdədə yaşayan həssas əhali qruplarına heyvandarlıq və avtotəmizləmə avadanlığı zərfləri üzrə dəstək olunub.
Qeyd edək ki, Unibank 4 ildir həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarının öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təminatında iştirak edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına dəstək olmaqdır.
Unibank- Sənin Bankın!